Bu, Azərbaycan tərəfdən müsbət addımdır - Marukyan

00:04 - 14 Dekabr 2023 - GÜNDƏM

 Bu, Azərbaycan tərəfdən müsbət addımdır - Marukyan

Bu addım tərəflər arasında inam yaratmağa imkan verir. Sülhə nail olmaq üçün biz körpülər tikməliyik, divarlar çəkməməliyik və ya bir-birimizə daha böyük inamsızlıq yaratmamalıyıq.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Azərbaycanın erməni əsirləri təhvil verməsi haqda Ermənistan İTV-yə açıqlamasında qeyd edib.

O, Azərbaycanın bu addımını müsbət qiymətləndirdiyini bildirib:

“Yekun sülhün bağlanması üçün etimad mühiti lazımdır. 32 hərbi əsirin qaytarılması Ermənistan üçün vacib və fundamental addımdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Qeyd edək ki, bu gün sərhəddə Azərbaycan 32 erməni əsiri, Ermənistan isə 2 azərbaycanlı hərbi əsiri azad edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol