İrəvanda qarşıdurma: Bakının qaytardığı ermənilər... - Video

01:18 - 14 Dekabr 2023 - GÜNDƏM

 İrəvanda qarşıdurma: Bakının qaytardığı ermənilər... - Video

İrəvanda Azərbaycanın təhvil verdiyi və xəstəxanaya yerləşdirilən 32 erməni əsirinin ailələri ilə polislər arasında qarşıdurma yaşanıb.

BUTA.TV xəbər verir ki, yaxınları hərbçiləri ziyarətə gəlsə də, onlar xəstəxanaya buraxılmayıb və bu səbəbdən dava baş verib.

Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan 32 erməni hərbçisinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol