Urmiyada türk adlarının olunduğu lövhələr dağıdıldı

15:10 - 14 Dekabr 2023 - GÜNDƏM

 Urmiyada türk adlarının olunduğu lövhələr dağıdıldı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində türk mənşəli yer adlarını bildirən lövhələr naməlum şəxslər tərəfindən dağıdılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Urmiya Şəhər Şurasının Mədəniyyət və İctimai Komissiyasının sədri Əhəd Yusifi məlumat yayıb.

O, bu hərəkətin qəbuledilməz olduğunu söyləyib.

“Bu, qarşıdan gələn parlament seçkilərində şəhərdə qarışıqlıq və gərginlik yaratmağa xidmət edir”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl də Urmiya şəhərində dəfələrlə oxşar hadisələr yaşanıb. Əvvəlki təcrübələrə əsasən, bunun bölgəyə sonradan gələn mühacir qeyri-türklərin işi olduğu ehtmal edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol