Prezidentin yüksək rütbə verdiyi şəxslər – Foto

13:06 - 15 Dekabr 2023 - GÜNDƏM

 Prezidentin yüksək rütbə verdiyi şəxslər – Foto

Xəbər verdiyimiz kimi, İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV xəbər verir ki, general-leytenant rütbəsi verilən general-mayor Etibar İsmayıl FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. General-mayor rütbəsi verilən polkovnik Şahin Mirzəyev isə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir.

Prezidentin “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verdiyi daxili xidmət polkovniki Aqşin Kazımov FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. “Daxili xidmət general-mayoru” rütbəsi verilən polkovnik Asif Eltufat oğlu Məmmədli isə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini - Qərargah rəisidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol