Şəhid ailəsinin müraciəti ilə bağlı tapşırıqlar verildi

17:04 - 15 Dekabr 2023 - GÜNDƏM

 Şəhid ailəsinin müraciəti ilə bağlı tapşırıqlar verildi

SOCAR-ın Azəriqaz İB-nin həftə ərzində sonuncu “Səyyar qəbul otağı” Lerik rayonunda təşkil olunub.

BUTA.TV xəbər verir kii, qaz təchizatında problemlə üzləşən 7 nəfər mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb.

Rayonun Pirəsora və Orand kəndlərindən qatılan 2 nəfər adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Qalan 5 sakindən 3-ü qaz xəttinin yerinin dəyişdirilməsini, 2-si isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Tədbirin sonunda aksiyaya telefon bağlantısı ilə qoşulan şəhid Əliqismət Yaqublunun atası Mükafat Yaqubovun müraciəti də qeydə alınaraq yerində baxış keçirilməsi üçün qərar qəbul edilib. Aksiyanın davamı kimi şəhid ailəsinin yaşadığı ünvana baş çəkilib və müraciətin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev Piterə gələ bilər - Peskov

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol