Sabirabadda Nigeriya vətəndaşının körpəsi öldü

17:24 - 15 Dekabr 2023 - GÜNDƏM

 Sabirabadda Nigeriya vətəndaşının körpəsi öldü

Nigeriya vətəndaşının yenidoğulmuş körpəsinin Sabirabadda ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə BUTA.TV-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cari ilin avqustun 5-də Nigeriya vətəndaşı Osabuohien Glory Abiesin "Sabirabad RMX" PHŞ-nın Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd olunan xəstəxananın həkimləri tərəfindən doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin icra edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun diaqnoza uyğun düzgün seçilməməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın doğuşdan bir gün sonra ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev Piterə gələ bilər - Peskov

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol