Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...