İsraillə HƏMAS arasında yeni razılaşma hazırlanır

10:50 - 17 Dekabr 2023 - GÜNDƏM

 İsraillə HƏMAS arasında yeni razılaşma hazırlanır

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün yeni sazişin hazırlanmasına eyham vurub.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

“Dünən axşam jurnalistlərlə söhbətində Netanyahu girovlarla bağlı İsraillə Qətər arasında Avropada keçirilən görüş barədə danışmasa da, nümayəndə heyətinə göstəriş verdiyini təsdiq edib. Baş nazirin sözlərinə görə, İsrailin Qəzzaya hücumu noyabrda bəzi girovların azad edilməsi ilə bağlı razılaşmanın bağlanmasına kömək edib, ona görə də HƏMAS-a güclü hərbi təzyiq davam edəcək”, - telekanal bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol