Masallıda istirahət mərkəzində bıçaqlanma

13:48 - 17 Dekabr 2023 - GÜNDƏM

 Masallıda istirahət mərkəzində bıçaqlanma

Dekabrın 15-də Masallı rayonu ərazisindəki istirahət mərkəzlərinin birinin ərazisindən rayon sakini A.Ağayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş Rabil Nurullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol