İran açıqladı: Rəşt-Astara dəmir yolunun inşası...

14:22 - 17 Dekabr 2023 - GÜNDƏM

 İran açıqladı: Rəşt-Astara dəmir yolunun inşası...

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.

"Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik", - o bildirib.

Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol