ABŞ bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı

16:20 - 17 Dekabr 2023 - GÜNDƏM

 ABŞ bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı

Estoniya və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.

“Güclü müttəfiqlik əlaqələrimizi bir daha təsdiq edərək, ABŞ-ın Estoniyadakı hərbi mövcudluğu, eston diviziyalarının inkişafına töhfələr, kibermüdafiə sahəsində əməkdaşlıq və birgə satınalmalara diqqət yetirən müdafiə sahəsində əməkdaşlıq müqaviləmizi yenilədik”, - məlumatda qeyd olunub.

Plan həmçinin təlimlərin keçirilməsi, müttəfiq bölmələrin qəbulu üçün lazımi infrastrukturun yaradılması və bir sıra digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol