"Yuxarı Lars" yenidən bağlandı

18:24 - 17 Dekabr 2023 - GÜNDƏM

Yuxarı Lars keçid məntəqəsi yük maşınları üçün yenidən bağlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın Qudauri-Kobi hissəsində güclü qar yağması və buz bağlaması səbəbindən magistralda hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yol hələ də minik avtomobilləri üçün açıqdır.

Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol