Soydaşımız Avropada Qran-prinin qalibi oldu

18:42 - 17 Dekabr 2023 - GÜNDƏM

 Soydaşımız Avropada Qran-prinin qalibi oldu

Gürcüstanın Borçalı (Marneuli) rayonundan olan soydaşımız, gənc ifaçı Şaban Məmmədov Çexiyanın Praqa şəhərində keçirilən “Praqa Milad Ulduzları 2023” XXXIX Beynəlxalq Xalq Rəqsləri və Musiqisi Müsabiqə-Festivalında Qran-pri mükafatına layiq görülüb.

Kult.az xəbər verir ki, festivalda müxtəlif ölkələrdən yüzlərlə gənc iştirak edib.

Soydaşımız müsabiqənin ən yüksək mükafatını qazanıb.

Xatırladaq ki, Borçalı Mədəniyyət Mərkəzinin solisti olan Şaban Məmmədov xarici ölkələrdə artıq bir neçə dəfə yüksək mükafata layiq görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol