Ölkə bütün vətənpərvər qüvvələrin birliyini tələb edən tarixi çağırışlarla üzləşib.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində onu namizəd kimi dəstəkləyən “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı bildirib.
“Biz Rusiyanın xalqı ilə ölkənin suverenliyini müdafiə etməli, onun inkişafını gücləndirməli və cəmiyyətin rifahı naminə çalışmalıyıq”, - Putin bildirib.
O qeyd edib ki, Rusiya bəzi ölkələr kimi “öz suverenliyindən əl çəkə və kolbasa müqabilində kiminsə peyki ola bilməz”.
Putin vurğulayıb ki, fikir ayrılığına baxmayaraq, bütün siyasi qüvvələr yadda saxlamalıdır ki, əsas şey xalqın ümididir:
“Biz xaricdən göstərişlər olmadan qərarlar verəcəyik”.
- “44”ün ilk treyleri yayımlandı - Video
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib