Azərbaycan Rusiyaya 720 min yumurta göndərdi

13:00 - 18 Dekabr 2023 - GÜNDƏM

 Azərbaycan Rusiyaya 720 min yumurta göndərdi

Ötən gün Azərbaycandan Rusiyaya yumurta göndərilib.

Bunu BUTA.TV-a açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiyası İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.

“Ötən gün 720 min ədəd yumurta dolu iki yük maşını Rusiyaya yola salınıb. Bu gün daha iki maşın – yenə 720 min ədəd yumurta göndəriləcək”, - Həsənli bildirib.

Qeyd edək ki, Rusiyada bir müddətdir yumurta qıtlığı yaşanır. Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Azərbaycandan bu həftənin əvvəlində artıq yumurta idxalı başlayacağını bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol