Gələn ay ərzində İran və Azərbaycan arasında Araz yol dəhlizi sazişi imzalanacaq.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dəhliz sazişinin imzalanması ilə əlaqədar tədbir təşkil olunacaq:
“Tədbirdə Rusiya nümayəndələri də iştirak edəcəklər”.
İranlı nazir bildirib ki, podratçı şirkətin təyin olunması ilə Araz dəhlizinin inşası prosesinə başlanıb:
“Bu proses Araz çayı üzərində körpünün tikilməsi, magistral yolun genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Belə ki, bu dəhliz Naxçıvana birləşəcək.
Qeyd edək ki, Araz yol dəhlizi İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikasına birləşdirəcək.
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video