Hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə deyib.
V.Qurbanov bildirib ki, istər xəstəxanalar, istərsə də tibb müəssisələri prosesə tam hazırdır:
“Həm regionlarda, həm də Bakıda fəaliyyət göstərən infeksion, reanimasiya şöbələri tam hazır vəziyyətdədir. Çarpayı fondu xəstə sayına uyğun artırıla və ya azaldıla bilər.
Ümumilikdə, epidemioloji durumla əlaqəli hər hansı çətinlik və problem yoxdur. Vətəndaşlarımız qorxmasınlar, qızılca ilə əlaqəli uşaq və yaşlı əhalidə hər hansı simptom müşahidə edilərsə, dərhal xəstəxana və ya digər tibb müəssisələrinə müraciət edə bilərlər. Çünki bəzən evdə düzgün aparılmayan müalicə effektsiz ola bilər. Pasiyentlərin müalicəsi yüksəkixtisaslı peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək ki, heç bir fəsad, yaxud ölüm halı olmasın”.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü