COP29 konfransının Bakıda keçirilməsi Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, siyasi dividentlər bölgədə yeni reallığın beynəlxalq ictimaiyyətə əyani şəkildə təqdim etməkdir:
“Qarabağ məsələsi artıq bitib və yeni dövr başlayır. Bu reallığı qəbul etmək istəməyənlər hələ də var. Azərbaycan beynəlxalq səviyyəli tədbirlə yeni reallıqların yarandığını, yeni dövrün başladığını nümayiş etdirəcək. Bununla yanaşı, belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq nüfuzun güclənməsi baxımdan əhəmiyyətlidir”.
Analitik qeyd edib ki, iqtisadi dividentlər xarici investorların diqqətini Azərbaycanın “yaşıl enerji” potensialına çəkmək olacaq:
“Xarici şirkətlər yalnız sülhün, sabitliyin olduğu bölgələrə uzunmüddətli investisiya yatırır. Azərbaycanın xüsusilə işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” potensialı böyükdür. Bu konfrans da göstərəcək ki, bölgədə sabitlik dövrü başlayır və xarici investorların azad edilmiş ərazilərə investisiya yatırması imkanları genişlənəcək”.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü