AB-nin Ermənistandakı missiyasının üzvlərinin sayının 138-dən 209-a çatdırılması Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı “mülki müşahidə” missiyasının rəhbəri Markus Ritter danışıb.
"Missiya heyətinin artırılması AB-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğulayır. Missiya indi yerlərdə daha çox patrul fəaliyyəti həyata keçirə biləcək. Nəticədə missiya təhlükəsizlik vəziyyətini daha yaxşı müşahidə etmək və hesabat vermək imkanı əldə edəcək, eyni zamanda Ermənistan- Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində və münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunmasına köməklik göstərəcək”, - Ritter bildirib.
Qeyd edək ki, dekabrın 11-də AB Şurası Ermənistandakı “mülki missiya” üzvlərinin 138-dən 209-a çatdırmaq qərarını verib.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü