Tramp seçkidə qalib gəlsə... - Pavel

11:36 - 19 Dekabr 2023 - GÜNDƏM

 Tramp seçkidə qalib gəlsə... - Pavel

Gələn il Ukraynadakı vəziyyət Qərb üçün daha xoşagəlməz olacaq.

BUTA.TV xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.

“Bizim gözləyəcəyimiz çox şey var. Ukraynadakı münaqişənin inkişafı onu göstərir ki, biz gələn il əhəmiyyətli irəliləyişlər görəcəyik. İndiyə qədər mövcud olan göstəricilərə görə, bu, təsəvvür etdiyimiz kimi yaxşı mənada baş verməyəcək. Mübarizə aparmalı olacağımız yeni vəziyyət yaranacaq”, - Pavel bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ-da seçkilər Ukraynada və bütövlükdə dünyada vəziyyətə köklü şəkildə təsir edəcək:

“Donald Tramp seçkilərdə uğur qazanarsa, Kiyevin və ya AB-nin rəyindən asılı olmayaraq, sülh danışıqları aparılacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol