Əpl (Apple) şirkəti “Ayfon-17 Pro”da tetraprizma və 10x optik zumlu telefoto kamera təqdim edəcək. Görünür, bu, Əpl tarixində ən yaxşı kamera olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Wccftech” nəşri məlumat yayıb.
Məlumata görə, Əpl şirkəti Ayfonun kamera optikası təchizatçısını “LG Innotek”dən (Ayfon-15 Pro Max üçün təchizatçı) “Luxshare”in törəmə şirkəti olan Çinin ICT firmasına dəyişməyi planlaşdırır:
“Təchizatçı dəyişikliyinin səbəbləri rəsmi olaraq açıqlanmayıb, lakin bunun qiymət rəqabətliliyi və ya “LG Innotek”in komponentlərinin keyfiyyət problemləri ilə bağlı ola biləcəyi güman edilir. Şirkətin 10x böyütmə kamerasını nə vaxt təqdim etməyi planlaşdırdığı barədə hələlik dəqiq məlumat yoxdur”.
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video