AB yeni sanksiyalar paketi çərçivəsində 61 fiziki və 86 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.
BUTA.TV xəbər verir ki, siyahı AB-nin rəsmi saytında dərc olunub.
Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyevin oğlu İlya, müharibə veteranlarına və bu müharibədə həlak olanların yaxınlarına dəstək verən “Vətənin müdafiəçiləri” dövlət fondunun rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin yaxın qohumu Anna Tsivileva da sanksiyalara məruz qalıb. Fondun özünə də məhdudiyyətlər qoyulub.
Sanksiya siyahısına “Rosfinmonitorinq” və onun rəhbəri Yuri Çixançin, Rusiya Mərkəzi Seçki Komissiyasının 14 üzvü və Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov da daxil edilib.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video