Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə, “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı. Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçildi.
Budəfəki müsabiqədə layihələr “Dövlət və elektron hökumət”, “Sosial məsuliyyət və cəmiyyət”, “Biznes və sahibkarlıq” və digər nominasiyalar üzrə qalib oldu. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. 2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı da 2018-ci ildən bəri “Nar”la əməkdaşlıq edir və hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələrin ən yaxşılarını mükafatlandırır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video