Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin dəvətindən yararlanaraq, dekabrın 25-26-da Sankt-Peterburqa gələcəyini və Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini güman edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.
O bildirib ki, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə bütün maraq doğuran sualları qaldırmaq olar.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri ilə bağlı mövqeyimiz həm prezident, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub. Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, hər zaman məsələləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində müzakirə etməyə hazırıq”.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi