Malidəki üsyançılar ölkənin şimalındakı əsas yolları bağlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.
Silahlı üsyançı qrupların ittifaqı olan Daimi Strateji Qurum Malinin Əlcəzairlə sərhədindən Menaka, Kidal, Gao, Timbuktu və Taoudenni şəhərlərinə gedən yolları tamamilə blokadaya aldıqlarını bəyan ediblər.
Qeyd olunur ki, blokada bütün növ məhsul və nəqliyyat vasitələrinə şamil edilir.
Agentlik qeyd edir ki, Malinin üsyançı qrupları son həftələr ölkə ordusunun hücumu çərçivəsində bir sıra yaşayış məntəqələrinə nəzarəti itirib.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi