HƏMAS girovların azad edilməsi müqabilində İsrailin təklif etdiyi bir həftəlik atəşkəs razılaşmasını rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri misirli mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan bütün qadın, uşaq və qocalar da daxil olmaqla 40 nəfərin azad edilməsini istəyirdi. Bunun müqabilində İsrail Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava humanitar yardım axınına zəmanət verib.
Nəşrin mənbələri bildiriblər ki, HƏMAS nümayəndələri yalnız atəşkəsdən sonra israilli girovların qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Bundan başqa, “İslami Cihad” qruplaşması 100-dən çox girov müqabilində İsraildən bütün üzvlərini həbsxanalardan azad etməyi tələb edib.
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi