Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olar

17:06 - 21 Dekabr 2023 - GÜNDƏM

 Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olar

Tarixi torpaqlarımızda möhtəşəm oyun keçirdik. Buna görə Prezident İlham Əliyevə və Ordumuza təşəkkür edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Məhz onların sayəsində bu gün buralardayıq.

BUTA.TV xəbər verir ki, bu sözləri MOİK komandasının baş məşqçisi Qəzənfər Abbasov Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə keçirilmiş oyunundan (0:1) sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydanda sonadək mübarizə apardıqlarını bildirib:

“Qarabağ” gücü hər kəsə bəllidir. Rəqibimizi təbrik edirəm. Qurban Qurbanov baxımlı oyuna görə mənə öz təbriklərini çatdırdı. Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirdik”.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Q.Abbasov gələcəkdə Premyer Liqada çıxış etmək istədiklərini gizlətməyib:

"Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olar".

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol