Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka parlamentinin Xarici əlaqələr komitəsinin sədri Liz Bek və sədr müavini Per Husted ilə görüşüb.
BUTA.TV xəbər verir ki, səfir həmsöhbətlərə Azərbaycanın keçməkdə olduğu inkişaf yolu, regiondakı post-münaqişə prosesləri və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar haqqında məlumat verib.
Görüş zamanı habelə, geniş potensiala malik Azərbaycan və Danimarka arasında əlaqələrin, xüsusilə də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.
Səfir regional proseslər barədə sualları cavablandırıb.
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto