"Neftçi" darmadağınla mərhələni adladı

20:40 - 21 Dekabr 2023 - GÜNDƏM

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

BUTA.TV xəbər verir ki, raundun son oyununda “Neftçi” meydançaya çıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda sensasiya baş verməyib. “Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol