Belarusun daxili işlər naziri İvan Kubrakov xidmət vəzifələrini yerinə yetirərkən həlak olan azərbaycanlı polislərin övladları ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüş Minsk şəhər meriyasında baş tutub. Polis əməkdaşlarının uşaqlar üçün təşkil etdiyi maraqlı tədbirlər sırasında bu görüş ən yaddaqalanlardan birinə çevrildi.
Görüş maarifləndirici ekskursiya ilə başladı. Bu ekskursiya zamanı uşaqlar Minsk və Belarusun tarixi şəxsiyyətləri haqqında çoxlu maraqlı faktlar öyrəndilər.
Gənc qonaqları salamlayan İvan Kubrakov Daxili İşlər Nazirliyinin əməkdaşlarının onlar üçün zəngin proqram hazırladıqlarını, Belarusun qonaqpərvərliyini, çoxsaylı görməli yerlərini nümayiş etdirməyə çalışdıqlarını qeyd etdi.
"Azərbaycan qəhrəmanlarının övladlarının respublikamıza göndərilməsi qərarından çox məmnunam. Uşaqlar, siz də bizim övladlarımızsınız”, - nazir bildirib.
O, uşaqlara dərslərində uğurlar, dost ölkədən olan həmkarlarına isə Vətənə sağ-salamat qayıtmalarını arzulayıb.
Belarus Daxili İşlər Nazirliyinin rəhbəri belə qarşılıqlı səfərlərin daha da artacağına əminliyini ifadə edib. Görüş konsert proqramı və uşaqlara yaddaqalan hədiyyələrin təqdim olunması ilə başa çatıb.
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video