Təbrizdə Çillə mərasimi keçirildi

13:24 - 22 Dekabr 2023 - GÜNDƏM

 Təbrizdə Çillə mərasimi keçirildi

Dekabrın 21-i gecə saatlarında yerli mədəniyyət xadimlərinin təşəbbüsü və şəhər bələdiyyəsinin 8-ci bölgəsinin təşkilatçılığı ilə Çillə gecəsi mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasim Mobin mədəniyyət zalında baş tutub.

Mərasimdə təbrizli mədəniyyət xadimləri, şairlər çıxış edib, Azərbaycanda Çillə gecəsinin tarixi, adət-ənənələri barədə danışıb və şeirlər oxuyublar.

Mədəni tədbirin sonunda azərbaycanlı aşıqlar havacatlar ifa ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol