Azərbaycanda “etnik təqib”ə məruz qalmış ermənidən bəhs etdiyi iddia edilən sənədli film “Oskar”ın qısa siyahısına daxil edilib.
Kult.az xəbər verir ki, erməni mətbuatı bu barədə məlumat yayıb.
Məlumata əsasən, Ben Praudfut və Kris Boversin qısametrajlı sənədli filmi - “Son təmirxana” (The Last Repair Shop) digər 15 filmlə birlikdə 96-cı "Oskar" mükafatının qısa siyahısına salınıb.
Filmin baş qəhramanı, 1980-ci illərdə guya Azərbaycanda etnik təqiblərə məruz qalmış Stiv Baqramyan adlı erməni obrazıdır.
Erməni əsilli amerikalı rejissor Maykl Qurcyanın çəkdiyi “Amerikalı” adlı tammetrajlı film də ilk dəfə 96-cı "Oskar" mükafatının qısa siyahısında yer alıb. Film “erməni soyqırımı” zamanı qaçaraq ABŞ-a köçən Çarli adlı erməninin hekayəsindən bəhs edir. Film Ermənistan Milli Kino Mərkəzinin dəstəyi ilə çəkilib.
Qeyd edək ki, “Oskar” mükafatlandırma mərasimi 2024-cü ilin yanvar ayında baş tutacaq.
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video