ABŞ Səudiyyəyə qoyduğu məhdudiyyəti yumşaldır

14:40 - 22 Dekabr 2023 - GÜNDƏM

 ABŞ Səudiyyəyə qoyduğu məhdudiyyəti yumşaldır

ABŞ iki il əvvəl Səudiyyə Ərəbistanına hücum silahlarının tədarükünə qoyulmuş məhdudiyyətləri yumşaltmağı planlaşdırır.

BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, ABŞ-ın belə bir addımına səbəb Səudiyyə Ərəbistanının husilərlə danışıqlar aparmasıdır.

Qeyd olunub ki, silah tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılması müddəti hələ müəyyən edilməyib, üstəlik, Bayden də fikrini dəyişə bilər. Konqresin bəzi nümayəndələri də belə bir addımın əleyhinədir.

Qeyd edək ki, ABŞ Qırmızı dənizdə ticarət gəmilərinin husilərin hücumundan qorunması məqsədilə koalisiya yaradıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol