AzTV-nin səhmləri ilə bağlı qərar bu quruma tapşırıldı

17:26 - 22 Dekabr 2023 - GÜNDƏM

 AzTV-nin səhmləri ilə bağlı qərar bu quruma tapşırıldı

Nazirlər Kabineti 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nizamnaməsində dəyişiklik edib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, AzTV-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək. İndiyə qədər bu məsələ ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol