Rusiyanın işğal olunmuş ərazilərimizdə prezident seçkilərini keçirmək qərarı qeyri-qanunidir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Ərazilərimizdə Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi etibarsız sayılacaq”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində - Krım Muxtar Respublikasında, Sevastopolda, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsvermə məntəqələri təşkil etmək niyyətlərini açıqlayıb.
Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkilərinin 2024-cü il martın 17-də keçiriləcəyini elan edib.
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video