Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda seçicilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı məsələyə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, o, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinin sənədin üzərində qeyd olunduğunu deyib.
M.Pənahov bildirib ki, səsvermə üçün əsas olan şəxsiyyət vəsiqəsinin etibarlılığıdır:
"Yeni nəsil şəxsiyyət vəsiqələrində də bu var. Hazırladığımız bildiriş formalarında da köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq verilmə tarixi də tələb edilir. Əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə vətəndaş məhkəməyə müraciət edə bilər. Müxtəlif istiqamətlərdə maarifləndirmə işlərinə başlanılıb".
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək