Tələbələrin səsvermədə iştirakı sahəsində Elm və Təhsil Nazirliyi ilə birgə işləmək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.
MSK sədrinin sözlərinə görə, tələbələrin səsverməsi ilə bağlı fərqli addım atılmalıdır:
“Səsvermə keçiriləndə tələbələr universitetlərdə olmurlar. Biz indidən bu məsələnin üzərində dayanmalıyıq. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da təhsil aldıqları universitetlərdə səs verməlidir. Rayonlardan olan tələbələrin hamısını biz gərək qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harda olur-olsun səs verə bilsinlər. Bakıda olan tələbələr məlumdur. Elm və Təhsil Nazirliyi siyahıları bizə təqdim etməlidir. Biz artıq ilkin addımları atmağa başlamışıq”.
M.Pənahov söyləyib ki, həmçinin Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səsverməsi ilə bağlı işlərə başlanılıb: “Xaricdə yaşayan vətəndaşlarımız özlərinə yaxın diplomatik nümayəndəlikdə siyahıya düşməlidir. Onlar bizə də müraciət edə bilərlər ki, onları diplomatik nümayəndəliklə əlaqələndirək. Çalışmalıyıq ki, onların səsinə səs verə bilək”.
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video