Bu rayonlarımızda da güclü külək: elektrik enerjisi kəsildi...

23:10 - 23 Dekabr 2023 - GÜNDƏM

 Bu rayonlarımızda da güclü külək: elektrik enerjisi kəsildi...

Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

BUTA.TV Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub.

Belə ki, son 1 neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən 2 dəfə çoxdur.

Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol