Ukraynada müharibəyə son qoymaq üçün siyasi həll yolu tapmağa başlamağın vaxtı çatıb.
BUTA.TV ANSA-ya istinadla xəbər verir ki, bu sözləri İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.
“Müharibə iki ilə yaxındır davam edir və hesab edirəm ki, Ukraynaya hərbi müdaxilə və dəstək ilə yanaşı, siyasi həllə aparan yolları izləmək vacibdir”, - Krosetto bildirib.
O bildirib ki, indiyə qədər yer üzündən silinə biləcək Ukraynanı saxlamağa və Rusiyanın hücumundan qorumağa çalışmışıq:
“Hərbi cəhətdən əldə edilə bilməyən hədəfə Rusiyaya qarşı diplomatik və siyasi cəbhə açmaqla çatmaq olar”.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək