Neftçalada qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib.
Polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yeniqışlaq kənd sakini E.Məmmədov saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək.
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video