ABŞ Prezidenti Co Baydenin olduğu təyyarənin Los-Anceles hava limanına enişi zamanı uçan naməlum obyekt görünüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Belə ki, şarabənzər aparat hava limanı yaxınlığında lentə alınan həvəskar çəkilişdə görünüb.
Prezidentin təyyarəsini müşayiət edən F-35 qırıcısına yanacaq doldurulan zaman videoda qəribə obyekt peyda olub.
“Sən də bunu gördün? Nə isə uçdu. Bu, UNO-dur?”, - deyə video müəlliflərindən biri Coşua Solorzano deyib.
Lakin onun qardaşı Piter Solorzano bu versiya ilə razılaşmayıb. O, görünən obyektin hava şarı olduğunu bildirib.
Məqalədə qeyd edilir ki, insident dekabrın əvvəllərində baş verib. Adıçəkilən həvəskar şəxslər prezidentin təyyarəsini və onu müşayiət edən iki F-35 qırıcısını lentə almaq istəyiblər.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək