Azərbaycanın bu şirkətləri Ermənistana 90 min avro ödədi

09:30 - 25 Dekabr 2023 - GÜNDƏM

 Azərbaycanın bu şirkətləri Ermənistana 90 min avro ödədi

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsindən “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.

“Sizə bildiririk ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, - deyə cavabda bildirilir.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Törəmə şirkət olan “Buta Airways” də bu marşrut üzrə uçuşlar həyata keçirib.

2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol