Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.
Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.
Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal edib. Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı-Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.
Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütlvi məzarlığın aşkarlanması qaçılmazdır.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək