Türkiyə ordusu Suriyanın şimal-şərqindəki Haseke vilayətinin Qamışlı bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) bir neçə hədəfini bombalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli mənbə RİA Novosti-yə bildirib.
“Türkiyə döyüş təyyarələri və pilotsuz təyyarələri Qamışlının şimalında dəmir yolu stansiyası və elektrik stansiyası ərazisində SDQ-nin mövqelərini davamlı olaraq bombalayır”, - mənbə bildirib.
Onun sözlərinə görə, Türkiyə artilleriyası SDQ-yə məxsus maşınlarını, həmçinin bu hərəkatla əlaqəli nazirliklərdən birinin binasını hədəf alıb.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək