Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətini qeyd edib.
BUTA.TV xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk Milad bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və təbrikini çatdırıb.
Çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən danışan Roma Papası vurğulayıb:
“Qoy, Ermənistanla Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Bu sülh prosesini dəstəkləmək üçün humanitar təşəbbüslərin davam etdirilməsi, köçkünlərin qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmətin olması vacibdir”.
Papa Fransisk, həmçinin Yaxın Şərqdə, eləcə də digər münaqişə zonalarında sülhün əldə olunmasının vacibliyini bildirib.
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video