Brilliant Dadaşova: “Televiziya sədri olmaq istəyirəm” 

16:50 - 26 Dekabr 2023 - GÜNDƏM

 Brilliant Dadaşova: “Televiziya sədri olmaq istəyirəm” 

Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqəti özünə yönəldib.

BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, o, “El canlı”  şousunda Qarabağda açılacaq televiziyaya rəhbərlik etmək istədiyini bildirib.

“Gələcəkdə Qarabağda, istər Şuşada, istərsə də Laçında, harada olursa-olsun, televiziya açılmasını istəyirəm. Məni ora sədr təyin etsinlər. Səni, Elcan Rəsulov, özümlə aparacağam. Ora yaşamağa gedirəm. Çünki artıq Bakıda tərpənmək mümkün deyil. Gedirəm və sizi də orada gözləyirəm. Gələrsiniz... Gedərik, orada təmiz hava udarıq və yeməklər yeyərik. Özü də tıxacsız... Ay Allah, bu, tıxacsız mümkündürmü?!” - deyə Brilliant vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol