Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Əsasən Böyük Qafqazın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı