Dünəndən İrəvanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
“Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə hər iki tərəf Ermənistan və İran arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin və bu istiqamətdə razılaşmaların həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə də toxunub və regionda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar”, - məlumatda qeyd olunub.
- Dünyanın ən gözəl sözü seçildi
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert