Əli Əsədov Mişustinlə danışdı

15:32 - 28 Dekabr 2023 - GÜNDƏM

 Əli Əsədov Mişustinlə danışdı

Rusiyanın Baş naziri Mixail Mişustin ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər:

“Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib”.

Hökumət başçıları MDB-də və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol