Rəsmi İrəvan gələn il Təbrizdə Baş konsulluq açacaq. İranın xarici işlər naziri Hüseyn Abdullahian İrəvana səfəri zamanı buna razılıq verdiklərini elan etdi.
Ermənistan konsulluğunun Təbrizdə - Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı bəllidir.
Birincisi, 2020-ci il statistikasına görə, rəsmi olaraq 3 milyon 43 min 633 nəfər əhalinin yaşadığı Təbrizdə “Barun Avak” adlanan yalnız bir erməni məhəlləsi var və burada da cəmi min nəfərə yaxın erməni yaşayır;
İkincisi, ermənilər kompakt şəkildə İsfahanda yaşayır və bura İranın ikinci ən böyük şəhəridir.
Məqsəd həqiqətən də konsulluq xidmətinin göstərilməsidirsə, Ermənistan bunu cəmi min nəfərin yaşadığı Təbrizdə yox, ermənilərin kompakt yaşadığı və İranın ən böyük ikinci şəhəri olan İsfahanda açmalıdır, rəsmi Tehran da İrəvana Təbrizi yox, İsfahanı tövsiyə etməlidir. Vaxtilə Təbrizdə konsulluq açmağımıza müxtəlif bəhanələrlə mane olan İran Azərbaycana konsulluğu ikinci böyük şəhər olan İsfahanda açmağı tövsiyə edirdi.
Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox, Tehranın istəyi olduğu da istisna deyil. Bununla milli hərəkatın mərkəzi olan Təbrizlə bağlı istədikləri qərarı verə bildiklərinin mesajını verirlər.
- Dünyanın ən gözəl sözü seçildi
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert